Milli Məclisin üzvü Aydın Mirzəzadə : “Ermənistanı diaspora bossları idarə edir”

скачанные файлы (1)29 yanvarda Ermənistan paytaxtında minlərlə nümayişçi prezident sarayına doğru yürüş ediblər. Günorta saatlarında Nazirlər Kabineti binasının qarşısında toplaşan ticarətçilər baş nazir Ovik Abramyanın onlarla görüş tələbini rədd etməsindən sonra prezident sarayına doğru istiqamət alıblar. Prezident sarayının qarşısında toplaşanlar “Dövriyyədən vergi haqqında” qanunun ləğvini tələb ediblər. Aksiyanın iğtişaşa çevrilməsindən narahat olan İrəvan polisinin rəisi Aşot Karapetyan və onun müavini Valeriy Osipyan mitinqə rəhbərlik edən iki şəxslə görüşüblər. Görüşdən sonra həmin şəxslər aksiyanın dinc şəraitdə davam etdirilməsi xahişi ilə etirazçılara müraciət ediblər. Aksiya iştirakçılarının tələblərinin yerinə yetirilib-yetirilməsi barədə məlumat yoxdur. ( APA ) Milli Məclisin üzvü Aydın Mirzəzadə qafqaznews.org-a bildirib ki: “ Ermənistan hökuməti bu günədək verdiyi heç bir vədi yerinə yetirməyib. Hakimiyyət insanların yaşaması üçün normal şərait yaratamayıb. Ermənistan hökuməti həm də vətəndaşlarının elementar təhlükəsizliyini təmin edə bilmir. Hələ də ermənilər tərəfindən işğal olunmuş Qarabağda erməni gəncləri həlak olur”. Müxbirimizin “Bəs, etimadı doğrultmayan iqtidar indiyədək necə hakimiyyətdə qalır?” sualına deputat belə cavab verib: “ Ermənistan hakimiyyətini ölkədən kənarda olan erməni diasporası formalaşdırır. Hakimiyyət o vaxt dəyişir ki, erməni diasporasının bossları qərar verir”.

Рашад Рустамов 

 Информационное агентство QAFQAZ  (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR