Milli Məclisin üzvü İqbal Ağazadə: “Azərbaycanda səhiyyənin səviyyəsi çox aşağıdır”

скачанные файлы (2)Yanvarın 28-də Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklərin müzakirəsi zaman deyib ki, xarici ölkələrdən Azərbaycana işləmək üçün gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir: “Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb ki, ölkə əhalisinə xidmət göstərsin. Ona görə Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir və xaricdən o adamlar Azərbaycana gəlməlidir ki, o ixtisaslara bizdə ehtiyac var”. Deputat onu da qeyd edib ki: “ Bu gün Azərbaycandakı özəl tibb müəssiələrində qanunsuzluq baş alıb gedir. Çünki, İranda diş həkimi olan biri özəl tibb müəssisələrində ginekoloq işləyir. Hesab edirəm ki, bu hal yolverilməzdir”. Deputatın təklifi komitə üzvləri tərəfindən dəstəklənib. ( APA ) Milli Məclisin üzvü, Ümid partiyasının sədri sədri İqbal Ağazadə dedputat həmkarının təklifinə belə münasibət bildirib: “ Bu gün Azərbaycanda səhiyyənin səviyyəsi dünya standartlarından aşağıdır. Ona görə də kimin imkanı varsa, müalicə üçün xaricə getməyə üstünlük verir. Hətta dövlətimiz özü hər il xeyli sayda vətəndaşı müalicə üçün xaricə göndərir. Əgər bizdə həqiqərən də kifayət qədər peşəkar həkimlər varsa, dövlət niyə artlq xərc çəkir və vətəndaşları müalicə üçün xaricə göndərir?”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR