Nəqliyyat Nazirliyi qalmaqallı şirkəti niyə seçib?

ziya`-memmedov26 yanvarda “Yol infrastrukturunun tikintisi, rekonstruksiyası və yaradılmasına yeni texnologiyaların tətbiqi” mövzusunda keçirilən konfransda nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki: “ 2014-cü ildə yol-nəqliyyat komplekslərinə 2, 5 milyard dollar investisiya qoyulub”. Konfransda çıxış edən nazir yol-nəqliyyat sektorunun inkişafından və bu sahədə aparılan islahatlardan danışıb. Ziya Məmmədov qeyd edib ki, 2014-cü ildə yol-nəqliyyat komplekslərinə 2, 5 milyard dollar sərmayə qoyulub ki, bunun da 1, 9 milyardı avtomobil yollarının payına düşür. Konfransda Türkiyədən, ABŞ-dan, İngiltərədən, Litvadan və digər ölkələrdən olan yol tikintisi üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. (SalamNews). Qeyd edək ki, hər il Ziya Məmmədovun başçılıq elədiyi Nəqliyyat Nazirliyi yolların yikintisinə külli miqdarda pul xərcləyir. Podratçı kimi bu sahədə təcrübəli xarici şirkətlər dəvət olunurlar. Ancaq yollar istismara veriləndən az vaxt sonra təmirə dayanır və məlum olur ki, təzəcə təhvil verilmiş yollar istismara yarasızdır. Nə üçün? Nə üçün Nəqliyyat Nazirliyi yollarımızın təmir və tikintisini təmin edə bilmir? Bu sualla tanınmış jurnalist-araşdırmaçı Çingiz Sultansoya müraciət elədik. O, bildirdi ki: “ Mən 2005-ci ilin aprel-may aylarında “TRASEKA”nın bir hissəsi olan Ələt-Qazıməmməd yolunun rekonstruksiyası ilə bağlı araşdırma apardım. Araşdırmanın nəticələri 2005-ci ilin iyun ayında “Realnıy Azerbaydjan” və “Bakinski vedomosti” qəzetlərində dərc olundu. Bu araşdırma SOROS fondunun ayırdığı qrantla “Beynəlxalq kreditlərin və büdcə vəsaitlərinin effektiv xərclənməsi” mövzusunda hazırlanmışdı. Qeyd etmək istəyirəm ki, Ələt-Qazıməmməd yolunun bərpasına 36 milyon dollar pul ayrılmışdı. Bunun 4 milyonu dövlət büdcəsindən, 32 milyonu isə beynəlxalq təşkilat tərəfindən kredit kimi verilmişdi. Bu məqsədlə Nazirlər Kabinetinin elan etdiyi tenderi “Turan Hazinadaroğlu” adlı türk şirkəti udmuşdu. Bu tenderdə Nəqliyyat nazirliyi fəal iştirak etmişdi. Araşdırma zamanı bu şirkət barədə məlumat topladım. Məlum oldu ki, şirkət dünyanın müxtəlif yerlərində inşaat işlərini həyata keçirir. скачанные файлы“Turan Hazinadaroğlu” şirkəti YUKOS üçün Moskvada ofis tikib, Moldovada Qazpromun sifarişini yerinə yetirib, Cənub axını üzrə qaz kəmərinin çəkilişində iştirak edib. Cənub axınının tikintisində böyük qalmaqal olub. Yəni bu şirkət tenderdə iştirak eləmədən qaz kəmərinin çəkilişinin böyük bir hissəsinə sahib olub. Bu məsələyə görə, Türkiyənin energetika naziri istefaya gedib, nazir müavini məsuliyyətə cəlb olunub. Türkiyə Baş prokurorluğunun araşdırmasından sonra xeyli şəxs həbs olunub. Maraqlı odur ki, Azərbaycan Nazirlər Kabinetinin elan elədiyi tenderi məhz belə pis reputasiyalı şirkət udub. Hansıki bu tenderdə Nəqliyyat nazirliyi aktiv iştirak edib”. Müxbirimizin “Araşdırmanızın nəticəsi necə oldu?” sualına Çingiz Sultansoy belə cavab verdi: “ Araşdsırma şirkətin gördüyü işlərin keyfiyyətsiz olduğu ortaya qoydu. Yol təhvil veriləndən sonra asfalt dağılmağa başladı. Hətta bəzi yerlərdə asfalt 15-20 metr çökdü. Və nəticədə yolda hərəkət dayandırıldı. Təmir işlərindən sonra hərəkət bərpa olundu. Ancaq asfaltdakı çala-çöküklər qaldı”. Müxbirimizin “Bəs, sizin araşdırmalarınız dərc olunandan sonra hakimiyyətin münasibəti necə oldu?” sualına jurnalist-araşdırmaçı belə münasibət bildirdi: “ SPACE telekanalının məşhur aparıcısı Nərgiz Cəlilova mənim araşdırmamla bağlı tok-şou keçirdi. Sonra bu məslə ilə digər telekanallar maraqlandı. Hətta mənim araşdımamın nəticəsi Milli Məclisdə müzakirə olundu. Şirkət yolu yenidən təmir etməyə məcbur oldu. Təmir işləri 2 milyon dollara başa gəldi. Ancaq “Turan Hazinadaroğlu” şirkətinə verilən 36 milyonla müqayisədə 2 milyon nədir ki?”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR