Nizami Piriyevin “Akkord”dan alacağı vəsaitə məhkəmə həbs qoydu

скачанные файлыNamiq Əsədov məhkəmədə cavabdeh kimi tanındı

Ötən il “Butastone” şirkətinin işçiləri Pərviz Rzayev və Mübariz Tağıyevin Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) şikayət ərizəsi əsasında yazılar dərc etmişik. Qısa xatırlatma üçün bildirək ki, hər iki şəxs şirkətdən öz maaşlarını ala bilməməkdən şikayət edirdi.
Şikayətçilər bildirirdi ki, şirkətin rəhbərliyi Bakı Gimnastika Arenasınının tikintisində işləmək üçün onları ötən ilin yanvarın 1-dən işə qəbul edib. Fəhlələrlə heç bir əmək müqaviləsi bağlanılmayıb və fəhlələri gecə saat 2-yədək işlədiblər. Və sonda fəhlələr 6 ay işləsələr də, ancaq 3 ayın maaşını ala biliblər, qalan ayların əmək haqqını isə ala bilməyiblər.
Fəhlələr şirkətin direktoru və təsisçisi Namiq Əsədova müraciət edəndə direktor onları kabinetindən qovub.
Şikayətçilərin dediyinə görə, “Butastone” şirkəti Azmeco International Finance LLC-nin tərkibinə daxildir. Azmeco International Finance LLC-nin sahibi Namiq Əsədovdur.
Bütün bunlarla bağlı müxbirimiz şirkətin rəhbəri Namiq Əsədova müraciət edəndə o, bildirib ki: “ Fəhlələrin dedikləri həqiqətə uyğun deyil. Mənə məlum deyil ki, onları işə kim qəbul edib”. Namiq Əsədov onu da bildirib ki: “ Bu şirkətin səhmlərinin 50 faizi mənə məxsusdur. Bu yaxınlarda mən şirkətin direktoru Nadir İbrahimovu işindəki nöqsanlara görə işdən azad elədim və rəhbərliyi öz üzərimə götürdüm. Həmin şikayətçiləri isə Nadir İbrahimov işə qəbul edib. Və onlar bizim şirkətin imicini korlayırlar”.
Keçmiş direktor Nadir İbrahimov isə bildirirdi ki, “Butastone” şirkəti Bakı Gimnastika Arenasının işlərində iştirak eləməyib, bu işləri “Azmeco” şirkəti həyata keçirib və fəhlələri də məhz həmin şirkət işə qəbul edib.
Bütün bu yazdıqlarımızdan sonra “Butasone” şirkətinin rəhbərliyi öz taktikasını dəyişməyə məcbur oldu. Belə ki, şirkətin rəhbərliyi şikayətçi fəhlələrin əksəriyyətinin əmək haqqlarını ödədi.скачанные файлы
Agentliyimizin uğuru ondan ibarət oldu ki, hüququ tapdanan fəhlələrin hüquqlarını axıradək qoruya bildik və onlar öz halal əmək haqlarını aldılar.
…Son günlər aldığımız məlumata görə, şirkətlə bağlı məhkəmə çəkişmələri balşayıb, hətta qərar da qəbul edilib.
Belə ki, şirkətin təsisçiləri Namiq Əsədov və Nadir İbrahimov arasında məhkəmə çəkişməsi davam edir.
Daha konkret desək, “Butastone” şirkəti bir neçə şirkətdə təmir işləri gördüyü üçün xeyli miqdarda alacaqları pullar var. Ancaq “Butastone”-nin təsisçiləri Namiq Əsədov və Nadir İbrahimov arasında mübahisə olduğuna və 2-ci 1-ciyə qarşı iddia qaldırdığına görə, məhkəmə şirkətin alacağı vəsaitlərlə bağlı həbs qərarı çıxardıb.
Məlumat üçün qeyd edək ki, “Butastone”-yə borclu olan şirkətlərdən biri də “Akkord”dur və bu şirkətdən alınacaq xeyli vəsaitə həbs qoyulub.
Onu da qeyd edək ki, Namiq Əsədov “Azmeco” şirkətinin sahibi Nizami Piriyevin qaynıdır.
Keçən il müxbirimizlə söhbətdə Namiq Əsədov bildirmişdi ki, “Butastone” şirkəti “Azmeko” qrupuna daxil olan şirkətlərdən biridir.
Aldığımız digər məlumata görə bu yaxınlarda Nizami Piriyev “Avenuye” markasına şərik olub. Bu məsələ başqa bir yazının mövzusu olduğu üçün geniş şərh etmirik.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR