Üzeyir Cəfərov axıradək mübarizə aparmaq fikrindədir

1304720Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı, hərbi ekspert Üzeyir Cəfərovun şikayəti üzrə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Azərbaycan hökuməti Üzeyr Cəfərova mənəvi zərərə və məhkəmə xərcləri ilə birlikdə 14 min 400 avro kompensasiya ödəməlidir. Məlumat üçün bildirək ki, 2007-ci ildə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin o vaxtkı əməkdaşı Üzeyir Cəfərov yazdığı tənqidi məqalələrə görə, qəddarcasına döyülmüşdür. Fakt üzrə cinayə işi açılsa da istintaq işi axıradək aparılmamış və heç kim cəzalandırılmamışdır. Ona görə də Üzeyir Cəfərov AİHM-ə müraciət etmişdir. Üzeyir Cəfərov bildirib ki: “ Mənim üçün maddiyat o qədər də önəmli olmayıb. Ən böyük məqsədim də, cinayət əməli törətmiş vicdansızların cəmiyyətdən təcridinə nail olmaqdır. Mən onları tanıyıram. O cinayətkarlardan biri hal-hazırda da Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində, digəri isə Daxili İşlər Nazirliyində xidmət keçirlər. Onlar hazırlaşsınlar çətin suallara çavab verməyə. Yəqin ki, hamı üçün maraqlı olacaqdır ki, kimin sifarişini 2007-ci ilin 20 aprel günü onlar icra ediblər və niyə indiyə kimi qanun qarşısında cavab verməyiblər”. ( Turan ) Üzeyir Cəfərob qafqaznews.org-a bildirib ki: “ Mən AİHM-nin qərarına öz qələbəm kimi baxmıram, çünki mənə hücum edənlər hələ də azadlıqdadırlar. Mən onların cinayət məsuliyyətinə cəlb olunmaqlarına çalışacam. Çünki onlar başqalarına da hücum edə bilərlər”.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR