11 min manatlıq mürəbbə… Şəki polisi kömək istədi

85114_res_01Şəki polisinin apardığı istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, şəhər sakini Vəfa Lətifov 2013-cü ilin oktyabr-noyabr aylarında qonşusu Adil Yusifovdan 11 min 300 manat dəyərində mürəbbə məhsullarını sonradan pulunu ödəmək şərti ilə götürüb.

Daha sonra o, aldığı mürəbbələri Bakı şəhərinə apararaq, aldığından daha ucuz qiymətə satıb. Lakin Vəfa Lətifov vəfasızlıq edərək, əldə etdiyi 11.300 manatı malın sahibinə ödəməkdən imtina edib.

“Kanal S” (Region TV) xəbər verir ki, bundan başqa, Vəfa Lətifov 2013-cü ilin sonlarında daha bir cinayət əməli törədib. O, Şəki sakini Rəhman Xəlilova, onu sürücü kimi işə düzəldə biləcəyini bildirib və bunun müqabilində ondan 1 550 manat məbləğində pul alıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi Vəfa Lətifovun dələduzluq əməllərindən zərər çəkmiş vətəndaşlardan şöbəyə müraciət etmələrini xahiş edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR