150 İŞİD-çi öldürüldü

73487Terror qruplaşması Misir hərbi qüvvələrinin pusqusuna düşüb

Liviyada 150 İŞİD yaraqlısı məhv edilib.

ANS PRESS-in məlumatına görə, Misirin xüsusi təyyinatlı qüvvəsi Liviya ərazisindəki düşərgələrdən birində İŞİD terror qruplaşmasının 150 üzvü öldürülüb, onlarla yaraqlı əsir götürülüb.

Misir təhlükəsizlik qüvvələri isə iki üzvünü itirib.

Əməliyyat fevralın 18-də Liviyanın şərqində yerləşən Derna şəhərində Liviya ordusu ilə birlikdə həyata keçirilib.

Əsir götürülən İŞİD-çilərin içərisində ərəb ölkələri və xarici vətəndaşların olduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl İŞİD yaraqlıları Liviyada girov götürdüyü 21 Misir vətəndaşını qətlə yetirmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR