150 minlik don yoxa çıxdı (FOTO)

84755“Oskar”ın ən gözəl geyimi oteldən oğurlanıb

“Oskar” mükafatının yaratdığı səs-küy bitmədən qızıl heykəlin sahiblərindən biri şok yaşayıb. ANS PRESS-in məlumatına görə, ötən ilin mükafatçısının 150 min dollarlıq libası yoxa çıxıb.

“12 il köləlik” filminin ulduzu bu il müsabiqəyə qatıldığı ağ uzun, zərif geyimini itirib. Lyupita Nionqun üzərində bu ilki “Oskar” gecəsində “Calvin Klein”dən olan geyim olub. Paltarın üzəri mirvarilərlə bəzədilib.

Geyim aktrisanın qaldığı London otelindən oğurlanıb. Hadisə yerinə dərhal polis çağırılsa da onlar oğurluğa aid heç bir iz tapa bilməyiblər.

Lyupitanın geyimi mükafat gecəsində moda tənqidçilərinin ən bəyəndikləri geyimlərdən olmuşdu. Aktrisa müntəzəm olaraq ən gözəl geyinən ulduzlar arasında göstərilir. Deyilənlərə görə, Hollivudun simalarından hesab edilən Ceniffer Eniston belə bir müddət öncə şəxsi stilistini işdən azad edərək Lyupitanın zövqündən faydalanmağa başlayıb.

31 yaşlı L.Nionq “People” jurnalının versiyasına görə, həm də ötən ilin ən gözəl qadınlarından biri seçilib.

Xatırladaq ki, aktirsa ötən il “ikinci planda ən yaxşı qadın”kimi qızıl heykələ layiq görülmüşdü.

ZSt4bFM 0tJIZ8A xeZwv6h

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR