17-ci Polis Bölməsinin rəis müavini qanunu pozur..?

ty20 yanvarda saytımızda “Bir avtomobilə iki dövlət nömrəsi..” başlıqlı yazı dərc olunmuşdu. Yazı Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Zaur Kazımovun öz xidməti maşını “Nissan Sentra”nı idarə etmək üçün iki dövlət nömrəsindən ( 10-AP-057 və 90-AP-522 ) istifadə etməsindən bəhs edirdi. Biz məlumatı dəqiqləşdirmək üçün polis09 bölməsi ilə əlaqə saxlayanda növbətçi polis Əliyev qafqaznews.org-a bildirmişdi ki, 10-AP- 057 dövlət nömrəsindən rəis müavini Zaur Kazımov istifadə edir. 30 yanvarda biz yenidən 17-ci PB-ə müraciət elədik. Adını deməyən növbətçi bizə bildirdi ki, həqiqətən də 90 – AP-522 nömrəli avtomobil PB-nin istifadəsindədir. Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Elçin Behbudovla əlaqə saxlayanda o bildirdi ki: “ Mövcud qaydalara əsasən bölmə rəisinin müavininə xidməti avtomobil verilmir. Maraqlıdır, hansı əsasla Zaur Kazımova xidməti avtomobil verilib?”. krBizimlə söhbətində Nədfrimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da ( Zaur Kazımov onun tabeçiliyindədir ) təsdiq elədi ki, bölmə rəislərinin müavinləri xidməti avtomobildən istifadə eləmir. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qabil Arif isə bizə bildirdi ki, müstəsna hallarda DİN rəhbərliyi bölmə rəisinin müavininə də xidməti maşın verə bilər. Müxbirimizin “ Onda Zaur Kazımova xidməti avtomobil verilməklə bağlı DİN rəhbərliyinin əmri olmalıdır” fikrinə mətbuat xidmətinin rəhbəri belə münasibət bildirib: “ Əlbəttə hökmən əmr olmalıdır. Ancaq mən həmin əmri görməmişəm”.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR