26-cı mərtəbədən yıxılıb sağ qaldı (FOTO)

84110Çində pişik hündürlükdən düşsə də sağ qalıb

26-cı mərtəbədən yıxılan 18 yaşlı pişik sağ qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə Çinin Honkonq şəhərində olub. Pişiyin sahibinin sözlərinə görə, o, pişiklə oynayırdı. Sonra pişiyi bir neçə dəqiqəliyinə tək qoyub mətbəxə gedib ki, ona yemək gətirsin. Qayıdanda görüb ki, pişik yoxdur. Pəncərənin açıq olduğunu görən adam dərhal pəncərədən baxıb və görüb ki, pəncərənin altındakı örtük pis hala düşüb.

“Örtük elə vəziyyətdə idi ki, sanki onun üstünə meteorit düşmüşdü. Hətta alüminium dirək də əyilmişdi. Özümü çox pis hiss etdim”, – deyən çinli dərhal həyətə qaçıb. “Həyətə düşəndə gördüm ki, pişik səkidə oturub heç nə olmamış kimi özünü yalayır. Ona heç nə olmayıb. Amma, yəqin ki, indi onun 9 canından 8-i qalıb”, – deyə pişiyin sahibi bildirib.

8d02b3384ec8 4b9dce7cbadd

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR