67 il evli olan cütlük bir gündə vəfat etdi

coupleÖvladları onların əllərini birləşdirdi.

Kaliforniyada 67 il nikahda olan cütlük bir gündə vəfat edib. Bu barədə Associated Press məlumat verib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Floyd və Vayolet Xartviqin övladları valideynlərinin rəhmətə gedəcəklərini hiss edib onların çarpayılarını yaxınlaşdırıb və onların əllərini birləşdirib. Birinci 90 yaşlı Floyd rəhmətə gedib, beş saatdan sonra onun 89 yaşlı həyat yoldaşı dünyasını dəyişib.

Xartviqlər üç övladını Kaliforniyada kiçik fermada böyüdüb. Hər səhər Vayolet həyat yoldaşına səhər yeməyi hazırlayıb, onu işə yola salırdı. Onların nəvələrindən biri deyib ki, hətta Xartviqlərə yad olan insanlar belə onlar arasında bağlılığı hiss edirdilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR