Abşeronda dəhşətli qəzanın xilasetmə görüntüləri – VİDEO

1Bir ölü, beş yaralı.

Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsindən sonra həyata keçirilən xilasetmə işlərinin görüntülərini yayıb.

Qafqaznews.az“Report”-a istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə fevralın 27-də saat 01.00 radələrində qeydə alınıb. Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə maşında olan sərnişinlərdən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, sürücü və digər 4 sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü və daha 4 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Bir nəfərin meyiti isə əzilən maşından çıxarılaraq ekspertizaya göndərilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR