Almaniyada 250 minlik karnaval ləğv edildi

img1746339Rəsmilər “islamçılardan gələn konkret təhlükə mövcuddur” deyirlər

“DPA” agentliyinin Hanoverdən verdiyi xəbərdə deyilir ki, Almaniyanın şimalındakı Braunşviq şəhərində hər il keçirilən karnaval bazar günü baş tutmalı idi. Ancaq tədbirin başlanmasına bir neçə saat qalmış terror hücumu təhlükəsindən dolayı karnaval ləğv edilib.

Yerli polisin sözçüsü deyib ki, bizə gecə məlumatlar daxil olub və səhərə qədər həmin məlumatlar araşdırılıb.
“Etibarlı dövlət mühafizə mənbələri” polisi məlumatlandırıb ki, “islamçılardan gələn konkret təhlükə mövcuddur”.
İllik keçirilən karnaval isə “Şoduvel” adlanır. Bu, Almaniyanın şimalında keçirilən ən böyük illik karnavallardan biridir. Karnavalda 250 min insanın iştirakı gözlənilirdi.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü agentliyə bildirirb ki, təhülkə yox səviyyəsindədir:  “Bizim əlimizdə terror olacağı ilə bağlı konkret məlumat yoxdur. Ümumiyyətlə, Almaniyada terrorun ola biləcəyi haqqında heç bir məlumata malik deyilik”.
Xanım mətbuat katibəsi deyib ki, Almaniyanın müvafiq orqanları Danimarkanın paytaxtı Kopenhagendə baş vermiş olaylarla bağlı yerli orqanlarla əlaqədədir. Ancaq Almaniya ilə bağlı konkret təhlükədən danışa bilmərik.
 musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR