AMEA Mərkəzi Elmi Kitabxanasında təcrübə proqramının təqdimatı keçirilib – FOTO

e5ada16224777c0be0e79cab6337d45aAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramının təqdimat mərasimi keçirilib.

Kitabxananın mətbuat xidmətindən Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə, təqdimatda Küveyt, Fələstin, Misir, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş Krallığı və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliklərindən nümayəndələr, İran Mədəniyyət Mərkəzinin direktoru və digər rəsmi qonaqlar iştirak edib.

Təcrübə proqramının əhəmiyyətindən danışan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli bu işdə tələbələrin fəaliyyətinin təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, bu təşəbbüsə qoşulmaqla onlar eyni zamanda AMEA-nın zəngin xəzinəsindən faydalanan mütəxəssis kimi öz təcrübələrini inkişaf etdirirlər. Daha sonra çıxış edən AMEA-nın həqiqi üzvü, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri Vasim  Məmmədəliyev proqramın icrasından irəli gələn vəzifələri ictimai həyatda əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib. Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və kitabxana fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, bu layihələrdən biri də AMEA-nın Əsas binasından kitabların Mərkəzi Elmi Kitabxanaya köçürülməsi işidir.

Tədbirdə Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, burada nadir elmi kitablar, məcmuələr, dövrü mətbuat nüsxələri, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq, din, fəlsəfə, incəsənətə dair nəşrlər, alim-səyyahların əsərləri və Arxiv fondu mühafizə olunur. Fondda Türkiyə, İran,İraq, Misir, Suriya, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Almaniya, ABŞ və başqa ölkələrdən mübadilə yolu ilə alınmış qiymətli kitablar toplanıb. Bundan başqa fondda fotosurətlər və mikrofilmlər, o cümlədən Arxiv fondunda 1920-ci ilə qədər ölkədə nəşr edilmiş inqlaba qədər və sonrakı dövrün kitabları və 64 adda dövrü mətbuatı qorunub saxlanılır. Şərq ədəbiyyatı fondu istifadə baxımından alim və tədqiqatçılar üçün böyük əhəmiyyətə malik olub, həcmi 75 min nüsxədən artıqdır.

Sonra MEK-in Şərq ədəbiyyatı fondunun əməkdaşı Aysel Osmanova təqdimatla çıxış edib. Ötən ay ölkə üzrə müxtəlif universitetlərdən ərəb və fars dillərində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr üçün həftəlik təcrübə proqramına başlanılan vaxtdan indiyədək onların köçürülmə prosesində iştirakını və fəaliyyətini əks etdirən fotoslayd nümayiş etdirib. Daha sonra Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin  sədri Aynur Zərrintac təqdimatda iştirak edən səfirlik nümayəndələrinə müraciət edib. Gələcəkdə ərəb və fars dilli mütəxəssislərin dil bilgilərini zənginləşdirilməsi istiqamətində onların böyük dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Sonda təqdimatda iştirak edən səfirlik nümayəndələri də öz fikirlərini paylaşıb. Proqramda uğurlu iştirakına görə təcrübəçi tələbələrə sertifikatlar rəsmi qonaqlar tərəfindən təqdim edilib.

DSC_9650 DSC_9661 DSC_95941 DSC_961477 DSC_9547 DSC_9558 DSC_9571 DSC_9578 DSC_9580 DSC_9588 DSC_9610 DSC_9643 DSC_9646

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR