Ana ilə oğulun rəqsi şoka saldı (VİDEO)

84565Salondakı hər kəs üçün gözlənilməz olan bu rəqsi bütün qonaqlar alqışlayırlar

Adətən toylarda gəlinlə bəy xüsusi rəqs hazırlayırlar. Bəzi hallarda isə bu rəqslərə gəlinlə bəyin dostları da qoşulurlar. Gələn qonaqlar da bu rəqsləri maraqla izləyirlər. Lakin elə toylar da var ki, orada bəylə gəlinin dostları və ya qohumları da onlara xüsusi hazırlanmış rəqs hədiyyə edirlər.

Bir müddət əvvəl internetə yüklənən videoda isə ana ilə oğul öz rəqs ilə qonaqları heyran edib.

Belə ki, onlar əvvəlcə həzin musiqi ilə rəqs edirlər. Amma qəfildən musiqi dəyişir və ana-oğul səslənən musiqiyə uyğun rəqs etməyə başlayırlar. Salondakı hər kəs üçün gözlənilməz olan bu rəqsi bütün qonaqlar alqışlayırlar. Görünür, ana ilə oğlunun hazırladığı bu qeyri-adi və şən rəqs gəlinin özü üçün də gözlənilməz olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR