Aram Culfalakyan: Bakı erməni idmançıların yaddaşında pis təəssüratlarla yadda qalıb

aram“Bakıya Avropa oyunlarına getmək səhv olacaq”.

Ermənistanın güləş üzrə çempionu Aram Culfalakyan hesab edir ki, erməni idmançılarının Bakıda Avropa oyunlarında iştirak etmələrinə dəyməz.

“Mən Bakıda olmamışam, amma bizim komanda orada keçirilən yarışlarda iştirak edib”.

Oxu.Az Culfalakyanın Armenpress.am-da dərc edilmiş sözlərindən sitat gətirir.

İdmançıların təəssüratları xoş deyil. Düşünürəm ki, Azərbaycan ilə siyasi münasibətlərimizi nəzərə alsaq, ora Avropa oyunlarına getmək səhv olardı: qalib gəlməyə çalışmaq mənasızdır, mən hələ başqa ciddi problemlərdən danışmıram. Mən iştirak etmək istəməzdim”.

Aram Culfalakyan 2014-cü ildə Dünya çempionu və Londonda 2012-ci ildə keçirilən Olimpiadanın mükafatçısı Arsen Culfalakyanın qardaşıdır. Onların atası 1988-ci ildə olimpiya çempionu olan Levon Culfalakyandır.

Qeyd edək ki, erməni idmançıların Avropa oyunlarında iştirakı məsələsi praktiki olaraq həll olunub. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bəyan etdiyinə görə, ermənilər Bakıya mütləq gələcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR