Argentinada 400 min nəfər küçələrə çıxıb

main_292Prokuror Alberto Nismanın müəmmalı ölümündən sonra keçirilən etiraz kampaniyası çərçivəsində təqribən 400 min insan paytaxt Buenos-Ayresin küçələrinə çıxıb.

“Report” “Franc-Press”ə istinadən xəbər verir ki, Nismanın ölümündən bir ay sonra keçirilmiş mitinq bu işə həsr olunmuş ilk böyük aksiya idi.

Yüzlərlə paytaxt sakini güclü yağış yağmasına baxmayaraq küçələrə çıxıb.

Nisman ölkə prezidenti Kristina Fernandesi 1994-cü ildə törədilən terror aktında iştirakda ittiham edirdi. Prokuror yanvarın 19-da müəmmalı şəraitdə ölüb.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR