Artur Rasi-zadə “Şöhrət” ordeniylə təltif edildi

artur_rasizade_00Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.T. Rasi-zadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qafqaz Xəbər Agentliyi AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasi-zadə “Şöhrət” ordeni ilə təltif edilsin”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR