Arvadını öldürdü,parçaladı zibil qabına atdı

59923Çay içən yerdə özünü itirən kişi dəhşət saçdı

Həyat yoldaşını öldürüb parçaladı və zibilə atdı. ANS PRESS-in “İhlas” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, hadisə İstanbulun Üsküdar Çengelköy məhəlləsində baş verib.

43 yaşlı Tahir K. adlı şəxs polisə müraciət edərək 42 yaşlı arvadı Kübranın itkin düşdüyünü deyib. Polislər ifadə verən kişidən şübhələniblər. Onun qardaşı isə Tahirin psixi problemləri olduğunu və zaman-zaman belə şikayətlər etdiyini deyərək qardaşını evə aparıb. Lakin evə qayıdan şəxs hamamda qan izləri gördüyü üçün yenidən polisə gedib.

Evdə aparılan araşdırma zamanı Tahir K.nın həyat yoldaşını özünün öldürdüyü üzə çıxıb. Tahir K. cinayəti törətdiyini etiraf edib və hadisənin axşam evdə çay içən zaman baş verdiyini deyib.

Özünə nəzarəti itirən şəxs mətbəxdən aldığı bıçaqla əvvəl qadını öldürüb, sonra isə onu hissələrə ayırıb. Cəsədi isə küçədəki yeraltı zibil qabına atıb. Onun geyimi isə küçədəki başqa bir zibil qutusundan çıxarılıb.

Ruhi xəstə olan kişi cəsədi evdə parçaladıqdansonra təkərli bazar çantası ilə zibilə daşıdığını deyib.

İndi polisin nəzarətində olan şəxsin şizofren xəstəsi olduğu ehtimal edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR