ATƏT cəbhə xəttini monitorinq edəcək

UKRAINE-RUSSIA-POLITICAL-CRISIS-MALAYSIA-ACCIDENT-CRASHMonitorinq sabaha planlaşdırılıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR