Avropa Yunanıstana 5 gün vaxt verdi

1424120017Avrozona mövcud maliyyə proqramın uzadılmasının tələb olunması üçün Yunanıstana 5 gün vaxt verib.

Axar.az xəbər verir ki, Avro qrupunun başçısı Hollandiyanın Maliyyə Naziri Jeroen Dijsselbloem mövcud proqramı sonlandıraraq körpü krediti ilə zaman qazanmaq istəyən Yunanıstanı geri addım atmağa məcbur edib.

Dijsselbloem Avropa Birliyi maliyyə nazirlərinin toplantısından sonra verdiyi açıqlamada Yunanıstanın təklifə müsbət cavab veriləcəyi təqdirdə AB maliyyə nazirlərinin ən gec cümə günü fövqəladə toplantısının çağırılacağını deyib.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR