Azərbaycanın ən məşhur yeməyi – Piti (VİDEO)

83057Zəngin Azərbaycan mətbəxi əsrlər boyu öz nəfis nemətləri ilə həm yerliləri, həm də qonaqları heyran edib. Mətbəximizin ən nəfis nümunələrindən biri də Şəki pitisidir. Xüsusi qabda və formada hazırlanan piti bura gələn qonaqların ən sevimli yeməklərindəndir. Bəs piti necə hazırlanır?

Az qala Şəkinin simvollarından birinə çevrilən pitinin xüsusi hazırlanma qaydası var. Aşbazlar deyir ki, dulus qablarda hazırlanan bu yeməyə bütün ərzaqlar ölçüyə uyğun qatılır. Hər qaba 100 qram olmaqla xırda doğranmış qoyun əti tokülür. Həmçinin bir gün əvvəl suya qoyulmuş 100 qramlıq stəkanda noxud vurulub, qabın üst hissəsinə ətin quyruq hissəsi qoyulur və duz əlavə edilib bişməyə qoyulur.

Aşpaz Sürayyə Əliyeva deyir ki, piti bişməyə qoyularkən əvvəlcə onun kəfi alınır, sonra isə soğanı vurulur. Çünki, kəfi tam alınmasa pitinin suyu bulanlıq olar. Piti zəif odda yavaş-yavaş bişməlidir. Piti 6 saat müddətində dopu qabda qaynadıqdan sonra bəzi ərzaqlar da əlavə olunur. Onun içərisinə gavalı və şabalıd, zəfəran da əlavə edilir.

Pitinin digər özəlliyi də onun yemək qaydasındadır. Yemək süfrəyə turşu ilə verilir. Bu da səbəbsiz deyil. Belə ki, bu yolla yeməyin yağlılıq dərəcəsi azaldılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR