Bəzi ərzaqlar talona keçdi

82481Ən çox yarma, un, günəbaxan yağı, yuyucu toz və sabun satılır

Kiyevin supermarketlərində bəzi ərzaq məhsullarının satışına məhdudiyyət qoyulub.

ANS PRESS-in məlumatına görə, məhdudiyət ən çox tələb olan mallara qoyulur. Məsələn, bir dəfəyə maksimum iki butılka günəbaxan yağı, iki bağlama qarabaşaq yarması, 3-5 kiloqram un və şəkər verilir.

Məlumata görə, çörək, düyü, kartof, ət və süd azad satılır. Amma onların da miqdarı rəflərdə azalıb.

Hazırda Ukraynada qrivna dəyərdən düşür. Əhali dəyərdən düşmüş puldan xilas olmaq üçün ərzaq almağa başlayıb. Supermarket işçilərinin dediyinə görə, ən çox yarma, un, günəbaxan yağı, yuyucu toz və sabun alırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR