Bakı həbsxanasında toy (FOTO)

84778 (1)Nikah mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər

Bakıda təcridxanada saxlanılan şəxslər evlənib.Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, təcridxanada saxlanılan Rəsul Qəfər oğlu Bayramov ilə vətəndaş Bahar Həsən qızı Qədirova evlənmək üçün müraciət ediblər.

Onların müraciətləri əsasında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.a4233b67084a

84778

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR