Bakı məktəbində biabırçılıq

84836Bakının Xəzər rayonu ərazisində orta məktəb qarət olunub. Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə fevralın 26-da gecə saatlarında Buzovna qəsəbəsində qeydə alınıb.

Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbin pəncərəsini sındıraraq içəri giriblər. Məktəbdən 7 kompüter, televizor və digər əşyalar oğurlanıb.

Bundan başqa, oğrular məktəbin bir neçə pəncərəsini də sındıraraq maddi ziyan vurublar.

Ən qəribəsi odur ki, oğrular müəllimlər otağını da kirlədiblər. Otağın ortasında nəcis aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR