Bakıda kişilərə girişin qadağan olunduğu… çay evi – (Video)

85085_res_01“Bəzi kişilər deyirlər ki, olar, qadın paltarı geyinib gəlim?”

Bakıda yerləşən bu çay evinin sahibi də, müştəriləri də yalnız qadınlardır. Burada xanımların özlərini rahat hiss etmələri üçün hər cür şərait var. Qadınlar burada nərd oynayır, kitab oxuyur, karaoke ifa edir, bir sözlə, vaxtlarını maraqlı keçirə bilirlər. Müştərilərə 15 növdə çay təklif edilir.

Çay evinin sahibi Səbinə Pərvizi sahib olduğu məkan və gələcək planları haqda deyir: “Həmişə istəmişəm ki, şəxsi biznesim olsun. Bildiyiniz kimi, Azərbaycanda çay evləri populyardır, amma daha çox kişilər üçün nəzərdə tutulub. Mən də bu sahədə yenilik etmək üçün bu çay evini açdım. Burada xanımlar üçün rahat şərait yaratmışıq. Nahar etdikdən sonra burada yatanlar da olur. Qiymətlər çox münasibdir bizdə. Kişilər üçün bura çox maraqlıdır, onlar üçün bura sirli bir yerdir, ona görə də gəlmək istəyirlər. Bəzi kişilər isə deyirlər ki, “olar, xanım paltarı geyinib gəlim?”. Planlarımda var ki, regionlarımızda da belə məkanlar açım” (Region TV).

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR