Bakıda müəllim şagirdin şalvarını çıxartdı (VİDEO)

img1747224Bakıda orta məktəblərdən birində baş verən hadisəylə bağlı araşdırmalar aparılır. Belə ki, bədən tərbiyəsi müəllimi 7-ci sinif şagirdini maşınına tüpürdüyünə görə rezin su borusu ilə döyüb. Bu hadisə müəllimin işdən kənarlaşdırılması ilə başa çatıb.
Sabunçu rayonu, Ramana qəsəbəsi, 90 saylı orta məktəbdə şagird müəllimi tərəfindən döyülüb. Hadisə 4 gün bundan öncə dərs vaxtı qeydə alınıb. Belə ki, təhsil ocağının bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov 7-ci sinif şagirdi Orxan Həsənova tüpürcək üstdə dərs zamanı rezin su borusu ilə xəsarət yetirib.
Şagirdinin dediyinə görə, 4-cü dərs saatında Emil müəllim onu idman zalına çağrıb. Şagird gələr-gəlməz müəllim tərəfindən təhqir olunub. Orxan Həsənov deyir ki, o tənəffüs saatında çölə su almağa gedibmiş. Bu zaman yerə tüpürüb. Tüpürcək isə bədən tərbiyyəsi müəllimi Emil Cəbrayılova məxsus “Mercedes” markalı maşının üzərinə düşüb. Bu xəbər isə Emil müəllimə çatdırılar-çatdırılmaz, o, hiddətlənib. Müəllim şagirdi otağına çağrıb. Daha sonra baş verənləri şagird belə xatırlayır.
“Məni vurdu bu an yerə yıxıldım, daha sonra əlimdən tutub dedi ki, şalvarını soyun, soyunmadım. Bu zaman təkrarən mən vurdu, özü əynimdən şalvarımı çıxardı. Və ayaq nahiyəmə üç zərbə vurdu. Bundan sonra mənə dedi ki, tüpürürüəm onu yala” – deyə7-ci sinif şagirdi Orxan Həsənov bildirib.
Ağır zərbə alan yeniyetməyə elə təhsil ocağının kollektvi tərəfindən ilkin yardım göstərilib. Dərhal valideynlərinə xəbər verilib. Valideynləri gələr- gəlməz onu xəstəxanaya çatdırıblar.
“Uşaq mənə zəng etdi ki, bəs ana məni idman müəllimi döyüb tez bura gəl. Bununla bağlı atasına da zəng etdim, atası da məktəbə gəldi. İdman müəllimdən soruşuram ki, uşağı nə üçün vurmusan? Dedi ki, maşınıma tüpürüb ona görə də vurmuşam, yaxşı edib vurmuşam. 6 manat verib maşınımı yudurtmuşam, get kimə istəyirsə de” – deyə valideyn Aliyə Məmmədova vurğulayıb.
Faktla bağlı üz tutduq elə adıçəkilən 90 saylı orta məktəbə. Bizi ilk olaraq məktəbin direktoru Qurbantac Qazıbəyova qarşıladı. O belə bir faktın baş verdiyini təsdiqlədi. Və həmin müəllimi də işdən kənarlaşdırdıqlarını bildirdi.
“Uşağı döyüb, hazırda istintaq aparılır. Təhsil idarəsinin qərarı ilə idman müəllimi müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Uşağı döyən zaman görməmişəm, görsəydim buna imkan verməzdim” – deyə məktəb direktoru Qurbantac Qazıbəyova qeyd edib.
Təlim-tərbiyyə işləri üzrə direktor müavini Aygün Sadıqova dedi ki, Orxanın məktəbdə müəllimlərlə heç bir problemi olmayıb. Pedaqoq Emil Cəbrayılov isə 6 ildir ki, təhsil müəssisəsində fəaliyyət göstərir. Onun heç kimlə əlaqəsi olmayıb. Yəni özünə qapanan bir şəxs imiş.
“Dərsdə idi, uşaqlar gəldilər və ondan sonra nəyin baş verdiyini öyrəndim. Hadisə dərs otağında deyil, məhz idman zalında baş verib” – deyə Aygün Sadıqova bəyan edib.
Hadisə ilə bağlı Həsənovlar ailəsi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Yeniyetmənin döyülməsilə əlaqədar artıq araşdırılmalara başlanılıb. /ANS TV/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR