Bakıda qardaş və bacını bıçaqlayan tutuldu (VİDEO)

img1748898Bakıda qardaş-bacını bıçaqlamaqda təqsirləndirilən Rasim Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, Türkan Hüseynova və onun qardaşı Elvin Hüseynliyə bıçaqla ağır xəsarət yetirmiş 1981-ci il təvəllüdlü Rasim Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, hadisədən bir gün əvvəl Türkan Hüseynova ilə Rasim Mustafayev arasında narazılıq yaranıb. Məsələni ayırd etmək məqsədi ilə təqsirləndirilən şəxs onların evinə gəlib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qardaş-bacını bıçaqlayıb. 24 yaşlı Elvin Hüseynli aldığı xəsarətdən ölüb, 33 yaşlı Türkan Hüseynovaya ağır yaralanıb.
Faktla bağlı araşdırmalar davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR