Bir yeməyə 300 min dollar verdi (FOTO, VİDEO)

84268Amerikalı iş adamı Şane Samit bir gecədə şam yeməyinə ödədiyi məbləğ insanları şoka salıb. ANS PRESS-in məlumatına görə, iş adamı Las-Veqas şəhərində restoranların birində şam yeməyinə 300 min dollar verib.

Xəsisliyilə tanınan biznesmenin bu məbləği ödəməsi hər kəsi təəccübləndirib. Çünki Şane Samit öz işçilərinə ən az maaş verməsilə tanınır.

Qeyd edək ki, Şane Samit həmin qonaqlığı 30 yaxın dostuna Las-Veqasdakı Bellaio otelində verib. Həmin şam süfrəsində əsasən ət və qovrulmuş toyuq olub. Menyunu zəngin edən isə oradakı şərablardır. Belə ki, süfrədəki şərabın bir litri 20 min dollar, viskinin isə 38 min dollar olub.

Şane Samit şam yeməyində süfrəyə qulluq edən işçilərə 46 min dollar bəxşiş verib.

51fda2d93ebe

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR