Bu gün Kəmaləddin Heydərov kiçik oğlunu evləndirir – Kiminlə quda olur? – fotolar

elcin-zeynalov-kemaleddin-heyderov-toy-manset-azpolitika.info_Bu gün – fevralın 28-i Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsi üçün əlamətdar gündür. “AzPolitika.info”nun əldə etdiyi məlumata görə, bu gün nazirin kiçik oğlu Nicat Heydərovun toy mərasimi keçiriləcək. Toy mərasimi “Buta Palace”da baş tutacaq.

Təbii ki, toyda Azərbaycanın dövlət və hökumət rəsmiləri ən yüksək səviyyədə təmsil olunacaqlar. Bəzi məlumatlara görə, ölkə prezidenti İlham Əliyevin də ailəsi birlikdə toyda iştirak edəcəyi gözlənilir. Ölkə başçısının Kəmaləddin Heydərovun böyük oğlunun toyunda iştirak etdiyni deyən mənbə bunu fövqəladə hallar nazirinin prezidentə ən yaxın şəxslərdən biri olması ilə bağlayır. Onun işgüzarlığı və sədaqəti ilə ölkə başçısının etimadını qazandığı bildirilir.
Məlumata görə, bugünkü toyda xaricdən də xeyli sayda qonaqlar iştirak edəcək. Kəmaləddin Heydərovun xaricdə həm dövlət xadimləri arasında, həm iş dünyasında, həm də idman sahəsində xeyli sayda dostları var ki, onların toya gələcəyi gözlənilir.Taleh-Heydarov-150514-300x209

Bundan əlavə, əsasən xaricdə biznes və diaspora fəaliyyəti ilə bağlı nazirin böyük oğlu – “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin və “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun da İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostlarının toyda iştirak edəcəyi bildirilir. Hansı ki, onların arasında həm biznes cameəsinin, həm də siyasət aləminin tanınmış adları var.

Bu baxımdan toyun xeyli qələbəlik keçəcəyi gözlənilir. Elə buna görə də toya çağrılan hörmətli qonaqların rahat yerləşdirilməsi məqsədilə xüsusi adamların ayrıldığı, otellərdə yerlərin bron edildiyi bildirilir.
Kəmaləddin Heydərovun böyük oğlunun toyunda olduğu kimi, kiçik oğlunun da toy mərasimində əsasən yerli sənətçilərin və musiqi qrupların iştirak edəcəyi bildirilir. Ancaq həm də biznesmen kimi tanınan T. Heydərovun kiçik qardaşının toyuna tanınmış türk və başqa əcnəbi müğənniləri dəvət edəcəyi də istisna olunmur.

nicat_heydarov_1-300x199

Nicat Heydərov “United Enterprises International” şirkətlər qrupunun sədr müavini, həm də bu holdinqin əsas səhmdarlarından biridir. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhbərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var. Nicat Heydərovun Türkiyədə biznes qurduğuna dair də məlumatlar var.

2tal-300x190İndi isə keçək Kəmaləddin Heydərovun qohum olduğu şəxsin kimliyinə. Ancaq bundan əvvəl qeyd edək ki, Heydərov azsaylı nazirlərimizdəndir ki, xanımlarını seçməyi övladlarının öz ixtiyarına buraxıb, onların ailə qurmasına hansısa başqa maraqlar prizmasından yanaşmır.Bunu böyük oğlu Tale Heydərovun əslən Sabirabaddan olan sadə və ziyalı bir ailənin qızı ilə evlənməsi də əyani sübut edir. Xatırladaq ki, Heydərovlar ailəsinin birinci gəlini rəssamdır, anası ali məktəblərin birində müəllimə işləyir.

1408082158_azad-rehimov-manset-300x216“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov ikinci oğluna – Nicata da, necə deyərlər, özünün sevib-seçdiyi qızı alıb. Onun «İtaldizain Holdinq»in baş direktoru, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı olduğu bildirilir.

236-300x164

Azad Rəhimov nazir vəzifəsinə təyin olunduqdan sonra isə Holdinqin baş direktoru vəzifəsini Elçin Zeynalov həyata keçirib. Onun həm də «İtaldizain Holdinq»in əsas səhmdarlarından biri olduğu bildirilir. «İtaldizain Holdinq»in uğurlarında böyük rolu olan Elçin Zeynalovun həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhvələr verdiyi bildirilir.
Bundan əlavə Elçin Zeynalovun vaxtilə Azərbaycan Kommunust Partiyasının I katibi işləmiş Kamran Bağırovun yaxın qohumu olduğu bizə verilən məlumatlar sırasındadır. Yəni, Elçin Zeynalovun da həm ailəsi, həm də özü də ölkənin ictimai-siyasi, biznes elitası tərəfindən tanınır. Bu baxımdan bu gün keçiriləcək toy mərasiminə oğlan evi ilə yanaşı, qız evindən xeyli sayda tanınmış insanın dəvət olunacağını söyləyə bilərik.

Sonda övladlarının şad günü ilə bağlı yeni qudalara – Kəmaləddin Heydərov və Elçin Zeynalova göz aydınlığı verir, bəylə gəlinə isə xoşbəxtlik arzulayırıq!(“AzPolitika.info”)

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR