Bu gün “Qarabağ”ın məhkəməsidir – Video

1424119009Bu gün “Qarabağ”ın Avroliqanın son matçında sayılmayan qoluna görə UEFA Apelyasiya Komitəsində şikayətinə baxılacaq.    Axar.az xəbər verir ki, bu barədə Ağdam klubunun vəkili Qürur Günal öz Feysbuk səhifəsində yazıb. Vəkil qeyd edib ki, fevralın 17-si, Bakı vaхtı ilə saat 12:30-da Cenevrədə UEFA Apelyasiya Komitəsində məhkəmə prosesi keçiriləcək.   Qeyd edək ki, Milanın “İnter” klubuna son dəqiqədə vurulan qol hesaba alınsaydı, ilk dəfə olaraq komandamız növbəti mərhələyə keçəcəkdi.    Çexiyalı hakimin qolun ofsayddan vurulduğunu qeydə almasından şikayət olunub. Dünya futbol ictimaiyyəti də hakimin bu qərarına etirazını bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR