Bu gün tanınmış jurnalist Gülqız Süleymanovanın ad günüdür

SONY DSCBu gün Qafqaz Xəbər Agentliyinin əməkdaşı  Gülqız Süleymanovanın doğum günüdür.
Gülqız xanım Azərbaycanın ən təcrübəli və peşəkar qələm sahiblərindən biridir.
Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında işləyib, sonra “Zerkalo” qəzetində ekoloji problemlərlə bağlı maraqlı araşdırma yazılarının müəllifi olub.
Gülqız xanım ekologiya sahəsindəki yazılarına görə, ATƏT, BP şirkəti, Ekologiya Nazirliyi, Amerika Jurnalistlər Cəmiyyəti, başqa qurumlar tərəfindən mükafatlandırılıb. 2009-cu ildə Həsən Bəy Zərdabi adına mükafata layiq görülüb. Gülqız xanım hazırda Qafqaz Xəbər Agentliyinin ən məhsuldar yazarlarından biridir və agentliyimizin ən çətin günlərində bizimlə birgə olub və dəstəyini əsirgəməyib.

Qafqaz Xəbər Agentliyinin bütün kollektivi adından Gülqız xanımı  ad günü münasibəti ilə təbrik edir,ona cansağlığı və qələminin daha kəsərli olmasını arzulayırıq.

Qafqaz Xəbər Agentliyi

1507620_1530761467183725_3072068147189870137_n

10868285_1530761413850397_8551449429999178748_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR