Bu video hamını ağladır (VİDEO)

84760Ər 10 il sonra arvadının üzünü gördü

İnternetdə ərlə arvadın görüşünü göstərən video böyük reytinq qazanıb.

ANS PRESS-in məlumatına görə, 20 il əvvəl amerikalı Allen Zderadın görmə qabiliyyətində problemlər yaranıb. Həkimlər ona piqment retiniti diaqnozunu qoyublar. Bu xəstəlik nəticəsində insanda görmə itiliyi getdikcə pisləşir, bir müddət sonra korluqla nəticələnir. Allen də gözlərində problem yaranandan 10 il sonra görmə qabiliyyətini tamamilə itirib.

Lakin həkimlərin hazırladığı “İkinci baxış” (“Second sight”) adlı cihaz vasitəsilə amerikalı təqaüdçü 10 il sonra öz arvadını görüb. O, illər sonra öz arvadını görə bilməsini böyük həyəcan və sevinclə qarşılayıb. Qadın da sevincindən göz yaşlarını saxlaya bilməyib.

Həkimlərin hazırladığı bu cihaz Allenə formaları seçməyə, hətta güzgüdə öz əksini görməyə də imkan yaradıb. Video paylaşıldığı cəmi bir neçə gün ərzində 12 min dəfədən çox baxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR