Cavid Qurbanovun “Xuruşşa”sı

Cavid Qurbanov 1 (1)Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi mühüm vəzifəyə təyin olunması onun haqqında daha uzağagedən nəticələr çıxarılmasına yol açdı. Qəzetlər onun müəyyən vaxtdan sonra daha yüksək vəzifəyə təyin olunacağı barədə proqnozalar verərək bildirdilər ki, Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən azad olunacaq və həmin posta Cavid Qurbanov gətiriləcək. Ancaq Cavid Qurbanov öz müsahibəsində “Mənimlə Ziya Məmmədov arasında bölüşdürüləcək bir şey yoxdur” deyərək müxbirin sualından yayınmağa çalışdı. Düzdür, məlumdur ki, Ziya Məmmədovla Cavid Qurbanov çox yaxın münasibətdə olublar. Və Cavid Qurbanovun karyerasındsa Ziya Məmmədovun rolu danılmazdır. Beləki 1996-cı ildə Ziya Məmmədov Dəmir Yol İdarəsinin rəisi təyin olunan kimi Cavad Qurbanovu Biləcəridə yerləşən dəmir yol anbarlarının rəisi vəzifəsinə təyin etdi. Bundan az vaxt sonra Cavid Qurbanov Dəmir Yol İdarəsinin tikinti idarəsinə rəis təyin edildi. Az vaxtda Cavid Qurbanov Ziya Məmmədovun yanında etibar qazanaraq Dəmir Yol İdarəsində hörmət və nüfuzuna görə ikinci şəxsə çevrildi. Və hətta o qədər “bərk” gedirdi ki, Ziya Məmmədovun yaxın əhatəsindəki vəzifəli şəxsləri ləqəbi ilə çağırırdı. Həmin vəzifəli şəxslərin birinə Cavid Qurbanov xüsusi ləzzətlə “Xuruşşa” deyirdi. Cavid Qurbanov nə qədər kaloritli, incə yumorlu şəxs olsa da həmin vəzifəli şəxs də bu ada layiq idi, ömrü boyu özünü “Xuruşşa” kimi aparmışdı. “Xuruşşa” hazırda daha böyük vəzifəyə keçib, amma yenə də “xuruş”luğundan əl çəkə bilmir… Bizi izləyin gələn yazımızda “Xuruşş”un kimliyi barədə açıqlama verəcəyik.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR