“Dəmir Yolu” Koroğlu Rəhimov küçəsi, 22 c ünvana köçüb?

2015-02-09 09.32.50_resizedBu gün səhər saat 08:30 radələrində Nərimanov rayonu,  Koroğlu Rəhimov küçəsi 22 c ünvanında insident baş verib.

Belə ki, Qafqaz Xəbər Agentliyinin təsisçisi Mahmud Rasimoğlu qeyd olunan ünvanda yerləşən  N 1 supermarketin qabağında öz  avtomobilindən düşüb içəri daxil olmaq istəyərkən…bir  nəfər  ona  yaxınlaşaraq bildirib ki, bura  rəisin yeridir, burda avtomobili saxlamaq  olmaz.

Rasimoğlu təəccüblə soruşub ki, bura Nərimanov Polis İdarəsinin qabağı deyil ki, mən burda  parkovka etməyim.
Həmin şəxs isə cavabında  bildirib ki, bura polis idarəsindən də  mühüm yerdir.

Həmin şəxsin  bir az əvvəl  N1 supermarketinin  yaxınlığında yerləşən “Smit Hotel”dən çıxdığı görən təsisçi  məəttəl qalıb ki, görəsən bu hotel  həqiqətənmi  böyük bir rayonun  polis idarəsindən mühüm yerdirmi?Və  bu qədər mühümdürmü ki, qarşısında avtomobil saxlamaq  qadağandır? Bura hansı rəisin yeridir? Bu suallara cavab tapmaq üçün Mahmud  Rasimoğlu həmin şəxsə müraciət edib.20150209_081754_resized_1

Həmin şəxs isə bildirib ki, soruşduğunuz  “rəis”  Dəmir Yolu  QSC-in sədri Arif Əsgərovun oğlu Elnar Əsgərovdur  və bu  bina  Dəmir  Yolu QSC-nin binasıdır.

IMG_20141114_001852Təsisçi isə düşünüb ki, yəqin Dəmir Yolu QSC-ni  Koroğlu Rəhimov küçəsi 22 c yə köçürüblər.

Redaksiyadan: Qafqaz Xəbər Agentliyinin müxbiri baş verən  insidentlə bağlı  təsisçimizdən soruşanda o, belə cavab verib: “ Ümumiyyətlə, son vaxtlar Dəmir Yolu QSC-nin rəisi Arif Əsgərovla bağlı yazılanlar, 48 milyon söhbəti  və digər  məlumatlar onu göstərir ki, bəzi şəxslər  “ayı xidməti”  göstərərək insanları QSC rəhbərliyindən narazı salırlar.  Bəlkə də baş verənlər içərinin xidmətidir..? İstənilən halda bütün bu olaylarda Arif Əsgərovun yaxın çevrəsinin əli hiss olunur. Məncə, QSC sədri bu barədə ciddi düşünməlidir”.

Samir Zeynalov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR