Dəmiryol İdarəsinin binası yandı

70990Hadisə nəticəsində bir nəfər ruhi xəstə yanaraq ölüb

Salyanda yanğın hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada baş verib.

Nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR