Dəniz Səkinin vəziyyəti pisdir

78113Müğənninin köməkçisi: “Düzünə qalsa, pisə hazır olmaq lazımdır”

Narkotik maddə satmaq iddiası ilə həbs edilən türkiyəli müğənni Dəniz Səkinin pərəstişkarlarını kədərləndirəcək xəbər yayılıb.

ANS PRESS-in məlumatına görə, səhhəti ilə bağlı həbsxana idarəsinə ərizə ilə müraciət edən Dəniz Səki ötən günlərdə Cərrahpaşa Tibb fakultəsi xəstəxanasında yumurtalığındakı kist səbəbilə əməliyyat olunub.

Sənətçinin səhhətində yaranan problemlərdən narahat olan müğənni dostlarından Demet Akalın ötən gün prokurorluqdan aldığı icazə sənədi ilə görüş əldə etmək imkanına nail olub.

Dəniz Səki xəstəxanada Demet Akalını və mətbuat katibi Özgür Arası qəbul edib.

Demet Akalın xəstəxana ziyarətindən sonra Dəniz Səkinin kefsiz olduğunu, əməliyyatdan sonra hələlik qalxa bilmədiyini bildirib.

Sənətçinin mətbuat katibinin sözləri isə daha təsirli olub: “Analizlərin nəticəsini gözləyirik. Düzünə qalsa, pisə hazır olmaq lazımdır. Xərçəng olduğu ehtimal edilir”.

Qeyd edək ki, məşhur müğənni narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR