Deputat: “Şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilsin”

1424808410Deputat Elmira Axundova ölkə telekanallarında şadlıq saraylarının reklamlarının qadağan olunmasını təklif edib.    Axar.az xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili sərt danışıb. O, Milli Televiziya və Radio Şurasını tənqid edib:   “Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. AzTV, İTV və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət də bundan narazıdır”.  E.Axundova qeyd edib ki, telekanallarda sosial reklamlar yoxdur. Onun sözlərinə görə, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir.  “Milli ruhda, vətənpərvər ruhda, seriallar, filmlər çəkilmir. Telekanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır.  Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və təbliğ edilməlidir”, – deyə xanım millət vəkili çağırış edib. – See more at: http://axar.az/news/44754#sthash.gUUrttVt.dpuf

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR