Ədliyyə Nazirliyi vətəndaşlarımızın hüquqlarını qorumur?

Edliyye_Nazirliyi_Justice_Ministry_albumRusiya Cəzaların İcrası Federal Xidmətinin 17 fevraldakı açıqlamasına görə, 2013-cü ildə cəzaçəkmə müəssisələrində 26,6 min əcnəbi olub. 2014-cü ildə isə məhkum əcnəbilərin sayı 28,5 min nəfərədək artıb. Məlumata görə, hər üç əcnəbi məhkumdan biri daxili rejim qaydalarının kobud pozucusu kimi qeydiyyatdadır. Məhkum əcnəbilərin sayına görə Tacikistan vətəndaşları ilk yerdədirlər. Bu ölkənin 7786 vətəndaşı həbsxanadadır. İkinci yerdə 6746 məhkum vətəndaşla Özbəkistan, üçüncü yerdə 2964 vətəndaşının məhkum olunduğu Ukraynadır. O ki, qaldı, Rusiya həbsxanalarındakı Azərbaycan vətəndaşlarının sayına, ölkəmiz bu göstəriciyə görə beşinci sıradadır. 2846 azərbaycanlı Rusiyada məhkumluq həyatı yaşayır. 28, 5 min məhkumdan 384 nəfəri uzaq xaricin payına düşür, qalanlar isə MDB ölkələrinin vətəndaşlarıdır. Federal Xidmətin araşdırmalarından məlum olur ki, bu məhkumların çoxu cinayət hadisəsini Moskva şəhərində və yaxın vilayətlərdə törədirlər. Son 10 ildə həbsxanalarda mühacir-məhkumların sayının artması onlar arasında dini, milli, yerliçilik əlamətlərinin güclənməsinə gətirib. (vesti.az) Xaricdə həbs olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması Ədliyyə Nazirliyinə həvalə olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadənin bildirdiyinə görə bu məsələ ilə beynəlxalq şöbə məşğul olur. Şöbənin müdir müavini Tağı ( soyadını bildirmədi ) sualımızı eşidən kimi “məsələni aydınlaşdırıb sizə zəng edəcəm” desə də zəng eləmədi. Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Arzu Abdullayeva isə aşağıdakıları söylədi: “ Mən indiyədək Rusiyada məhkum olunan Azərbaycan vətəndaşının hüquqlarının qorunması ilə bağlı faktla qarşılaşmamışam”. Abdullayevanın sözlərinə görə, belə hallarda biz rusiyalı hüquq müdafiəçiləri Dmitri Kovalyov, Svetlana Qaluşkina, Ernest Çornıy  və “Memorial” cəmiyyəti ilə əməkdaşlıq edirik.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR