Ebola həyəcanı sona çatdı (VİDEO)

72953Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib

Qərbi Afrikada ölümcül Ebola virusu ilə əlaqədar artıq 6 aydır ki, müşahidə olunan böhranlı vəziyyət sona çatıb. Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib. Vəziyyətlə əlaqədar qonşu Syerra-Leone və Qvineya ilə sərhədlər də açılıb və karantin saatı ləğv edilib. Bölgə insanları isə, epidemiyanın qarşısının alınması ilə əlaqədar sevinclərini gizlətmirlər.

Liberiyada insanlar normal həyatlarına – gündəlik fəaliyyətlərinə geri dönüblər. Artıq heç kim epidemiyaya görə narahat olmur.

Region ölkələri virusa tamamilə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə virus indiyə 9 mindən çox insanın həyatına son qoyub. Ebola virusu əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə təhlükəli həddə çatmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR