Facebook erməni separatçılarının səhifəsinin statusunu geri aldı – FOTO

891qF836kJF8Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvi aradan qaldırıb.
AZXEBER.COM xəbər verir ki, bir müddət əvvəl erməni işğalçıların Facebook sosial şəbəkəsində açdıqları və qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş səhifənin rəsmi təsdiqlənmiş statusu götürülüb.
Hazırda həmin səhifə digərləri kimi sıradan bir səhifə olaraq fəaliyyət göstərir.
Qeyd edək ki, Facebookda rəsmi təsdiqlənmiş statusa yalnız real, hər kəs tərəfindən qəbul edilmiş şəxslər, qurumlar malik ola bilərlər. Dünyanın heç bir dövləti, hətta işğalçı Ermənistan tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nın səhifəsinə rəsmi təsdiqlənmiş statusun verilməsi Azərbaycan tərəfindən kəskin narazılıqla qarşılanmışdı.
YDgz4GH4fWn4 BO0Z5MMlrr6q

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR