Gədəbəydə baş həkimin ölümü ilə bağlı şok iddia

1424840709_0001Bakı şəhər sakini Sahib Məhərrəmov Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciətin bir surəti də “Təzadlar”agöndərilib… Sahib Məhərrəmov bildirir ki, 2007-ci il iyun ayının 20-də qardaşı Tofiq Məhərrəmov Gədəbəy rayonunun Şınıx-Rəsullu kənd sahə xəstəxanasının baş həkimi Rafiq Əsgərovu qətlə yetirib.
Bu cinayətə görə 12 il azadlıqdan məhrum edilib. Tofiq Məhərrəmovun bu qətli törətməyinə səbəb isə 2007-ci il may ayının 12-də qardaşı Rafiq Əsgərovun baş həkim olduğu xəstəxananın həyətində qardaşı Vaqif Məhərrəmovun asılmış vəziyyətdə meyitinin aşkar etməsidir. Tofiq Məhərrəmov hesab edib ki, Rafiq Əsgərov qardaşını öldürtdürüb. Şınıxın icra nümayəndəsi Sakit Vəliyev və onun qohumları da Tofiq Məhərrəmova bildiriblər ki, qardaşını baş həkim öldürtdürüb. Tofiq Məhərrəmov da qisas almaq məqsədilə Rafiq Əsgərovu qətlə yetirib. Lakin indi bəlli olur ki, Vaqif Məhərrəmovun ölümündə Rafiq Əsgərovun heç bir təqsiri yoxdur. O, intihar edibmiş. Sahib Məhərrəmovun sözlərinə görə, Şınıxın icra nümayəndəsi Sakit Vəliyevlə Rafiq Əsgərov arasında qarşıdurma olduğu üçün o, Vaqif Məhərrəmovun ölümündən istifadə edib: “Cənab Baş prokuror! Sakit Vəliyev və qohumları Qəmbərov Mahir Israil oğlu, Şahnazarov Verdi Şəmi oğlu, Quliyev Ərrəhman Abdulla oğlu, Quliyev Qulu Murad oğlu və Yusibov Ibrahim Siyaş oğlu Rafiq Əsgərovdan qisas almaq üçün qardaşımın ölümünü onun üstünə atıb. Digər qardaşım Tofiq Məhərrəmova da yalandan deyib ki, Vaqifi Rafiq Əsgərov öldürüb. O, qardaşıma bildirib ki, qisas almaq üçün Rafiq Əsgərovu öldürməlidir. Qaradaşım da onun sözünə inanıb və bu cinayəti törədib. Əslində qardaşım bu işdə sadəcə icraçıdır. Rafiq Əsgərov Sakit Vəliyevin sifarişilə qətlə yetirilib”.
Sahib Məhərrəmovun sözlərinə görə, Sakit Vəliyev və qohumları qardaşına hədə-qorxu gəliblər ki, onların adını hallandırmasın. Həmçinin vəd ediblər ki, ona ruhi xəstə olması barədə arayış alıb məsuliyyətdən yaxa qurtarmasına yardımçı olacaqlar. Qardaşı da məhz hədə-qorxulara görə bu vaxta qədər susub.
Sakit Vəliyevlə mərhum Rafiq Əsgərov arasındakı qarşıdurmaya gəlincə Sahib Məhərrəmov yazır: “Sakit Vəliyev qanunsuz olaraq Rafiq Əsgərovun baş həkim olduğu xəstəxanaya məxsus təcili tibbi yardım maşınını həyat yoldaşının dayısı Verdi Şahnazarova verib. Rafiq Əsgərov müvafiq dövlət orqanlarına müraciət edərək təcili tibbi yardım maşınını xəstəxanaya qaytarmaq istəsə də, buna nail ola bilməyib. Təcili tibbi yardım maşınının xəstəxayana qaytarılması ilə bağlı Rafiq Əsgərovun davamlı müraciətləri Sakit Vəliyevlə onun arasında qarşıdurmaya səbəb olub. Sakit Vəliyev bunun qarşısını almaq üçün xəstəxanada qarovulçu işləyən qardaşım Vaqifin ölümündən istifadə edib. Qohumları ilə birlikdə digər qardaşım Tofiqi aldadaraq onun vasitəsilə Rafiq Əsgərovu öldürtdürüb”.
Redaksiyadan: qeyd olunan qətllə bağlı tərəfimizdən araşdırma aparılır.
“Təzadlar”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR