Gəlin toy günü bəyi atdı, qonağa ərə getdi (FOTO)

60f626cd36a3Buna səbəb bəyin xəstəliyini qız evindən gizlətməsi olub

Hindistanda toy zamanı çox qəribə hadisə yaşanıb. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, Rampure şəhərində gəlin toy günü bəyi atıb.

Nigaha daxil olmağa hazırlaşan gəlin son anda fikrini dəyişərək qonaqlardan birinə ərə gedib. Buna səbəb isə birinci bəyin epilepsiya xəstəsi olması olub. Belə ki, toy günü Cuqal Kişori adlı kişinin epilepsiya tutması tutub.

Məsələ ondadır ki, bəy xəstəliyi haqqında əvvəlcədən nişanlısı İndiraya və onun ailəsinə xəbər verməyib. Ən önəmli məqamda isə o qəfildən yerə yıxılıb.

Xəstə bəy dərhal xəstəxanaya çatdırılıb. Gəlin isə anındaca verdiyi qərarla onu əvəz etməyə adam tapıb.

Qonaqları izləyən qız oğlan evinin qonaqları arasında olan bir şəxsdən boş yeri tutmağı istəyib-istəmədiyini soruşub. Qonaq isə dərhal razılaşıb.

Xəstəxanada özünə gələn birinci bəy qohumlarının gülüş hədəfi olacağından ehtiyat edərək qızdan ona qayıtmasını xahiş edib. Lakin o heç nəyə nail ola bilməyib. İndira fikrindən daşınmayıb.

Yerli polisin məlumatına görə, oğlan evi qarşı tərəfdən şikayət edib. Lakin polis bu məsələ ilə bağlı heç nə edə bilməyəcəyini deyib.

e263e04ad201 35a869fdcaaa 8261a1f9856c 84116

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR