Günümüzün reallığı

скачанные файлы (2)Babək rayonunun Nehrəm kəndindən olan, hazırda isə Xəzər rayonunda yaşayan Hacıyev Tural Adəm oğlu “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun tərəfindən aldadıldığını bildirib. Xatırlatma üçün bildirək ki, Tural Hacıyev 2008-ci ildə “Azərtikinti ATF” MMC-nin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında inşa etdiyi binadan iki otaqlı mənzil alıb: “Əlimdə bütün sənədlər var, yəni hər şey müvafiq qanunlara uyğun şəkildə həyata keçirilib. Mənzilə görə şirkət rəhbərinə ilkin olaraq 27900 dollar ödədim. Yerdə qalan 32 min dolları isə aramızda əldə olunan razılaşmaya əsasən kredit yolu ilə ödəyəcəkdim. Beləcə, dörd ay şirkətə 1000 dollar pul ödədim. Lakin dörd aydan sonra eşitdim ki, şirkətin rəhbəri Azər Quliyevi dələduzluğa görə həbs ediblər. Azər Quliyev “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovla şərik idi. Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra “Azərtikinti ATF” MMC-nin mənzilləri İsfəndiyar Axundovun nazarətinə keçdi. İsfəndiyar müəllimlə görüşdüm. Ümid edirdim ki, bir yerlim kimi o mənə nə köməklik lazımdırsa göstərəcək. O dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısan əlavə olaraq 25000 manat ver və mənzilini al. “Şərur” MTK-nın rəhbərinə buna maddi imkanımın çatmadığını dedim və bildirdim ki, pulum düzəlmir. Şirkət rəhbəri mənə dedi ki, get pulun düzələndə gələrsən. Növbəti dəfə onun yanına gedəndə məndən 35000 manat istədi. Səbəb kimi isə qiymətlərin bahalaşmasını göstərdi. Hər dəfə gedəndə qiyməti qaldırırdı. Həqiqətən də, iş adamına verməyə bu qədər pulum yox idi. Dəfələrlə İsfəndiyar müəllimin yanına gedib-gəldim, amma heç bir xeyri olmadı. O mənə dedi ki, ürəyin hara istəyir get şikayət elə. Problemin həll olunmadığını görüb Bakı Ağır Cinayətlər Məhkəməsinə şikayət etdim. Məhkəməni İsfəndiyar Axundov uddu. (azinform.az) Bu sətirlərin müəllifi “Zerkalo” qəzetində işləyərkən, “Kamran” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparıb. Xatırlatma üçün bildirək ki, 19 oktayabr 2011-ci ildə Baş prokurorluq açıqlama verdi ki, 65 nəfər payçının müraciəti əsasında “ Kamran “ MMC-nin vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılıb. “Şərur” şirkətinin başçısı İsfəndiyar Axundov “Kamran”, “Orxan”, “ Muray “, “Olimpus”, “Səfəri” şirkətlərinin sahibləri ilə danışıqlara gedərək ev almaq istəyən xeyli vətəndaşı aldatmış və onların pullarını mənimsəmişdir. Sonra məlum olmuşdur ki, həmin şirkətkər Axindova məxsusdur. Baş prokurorluğun açıqlamasından o da məlum olur ki, istintaq nəticəsində şirkətlərin məsul işçiləri Ələkbər Babayevə, German Hüseynova, Süleyman Əliyevə və Rüfət Nağıyevə qarşı öz səlahiyyətlərini aşmaq maddəsilə cinayət işi açılıb və məlum olub ki, onlar Yasamal rayonunda tikilən binada 90 mənzili 250 nəfərə satıblar. Ancaq İsfəndiyar Axindovun adı cinayətə cəlb olunan şəxslərin arasında yoxdur. Onu da bildirək ki, əvvəl payçıların şikayətinə baxmayaraq baş prokurorluq şikayətləri qəbul etmək istəmirdi. Sonra “Zerkalo” qəzetində dərc oluna yazılar və hüquq müdafiəçisi Ələkbər Məmmədovun keçirdiyi mətbuat konfransların nəticəsində ötən ilin oktyabrın 4-də Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev şikayətçiləri qəbul etdi. Görüşün iştirakçılarından biri Əli Əliyev “Zetkalo”ya bildirmişdi ki, Kamran Əliyev söylədi ki, “Kamran” şirkətinin əsl sahibinin İsfəndiyar Axundov olduğunu bilirik, onu azadlıqda saxlayırıq ki, zərərçəkənlərin pulunu versin. Ancaq bu mövqe zərəçəkənlərini qane eləmədiyi üçün onlar İsfəndiyar Axudndovun cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət elədilər. Amma onların tələbi təmin olunmadı. Keçən ilin mart ayında İsfəndiyar Axundovun cinayət məsuliyyətinə cəlb olunması ilə nağlı məlumat yayılsa da sonradan təsdiqini tapmadı. Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da “Zerkalo”ya bildirmişdi ki, İsfəndiyar Məmmədov “Kamran” şirkətində heç bir vəzifə daşımadığı üçün ona qarşı cinayət işi başlanmayıb. Həmin vaxt hüquq müdafiəçisi Ələkbər Məmmədov “Zerkalo”ya bildirmişdi ki, mən əvvəlcədən bilrdim ki, arxasında yüksəkçinli məmurlar dayandığı üçün İsfəndiyar Məmmədov cinayət məsuliyyətinə cəlb olunmayacaq. Ona görə də biz Tural Hacıyevə məsləhət görərdik ki, öz vaxtını sərf eləyib müxtəlif instansiyalarda özünün haqlı, İsfəndiyar Hacıyevin isə günahkar olduğunu sübut eləməyə çalışmasın. Hüquq-mühafizə orqanları yüksəkçinli məmurun müdafiə elədiyi şəxsə qarşı cinayət işi açmayacaq. Bu günümüzün reallığıdır…

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR