Hakerlər 1 milyard dollar oğurladılar

51379Müxtəlif proqramlardan istifadə edilərək insanların bank kodları ələ keçirilib

Son 2 ildə hakerlərin dünya banklarından oğurladıqları pulların məbləği milyard dollara çatıb.

ANS PRESS-in məlumatına görə, Avropapol və İnterpol ekspertləri ən son aparılan araşdırmalar nəticəsində bu cür irimiqyaslı kibercinayətlərin üstünü açıblar. İstintaq araşdırmaları, əsasən, Rusiyanın Kasperski təşkilatının köməkliyi ilə aparılıb.

Xakerlər mütəşəkkil şəkildə müxtəlif internet proqramlarından istifadə edərək insanların bank kodlarını ələ keçiriblər. Belə xaker qruplaşmalarından biri “Karbanak” adlanır.

Ekspertlərin sözlərinə görə, qruplaşmanın Rusiya, Ukrayna və Çində üzvləri var. İndiyə qədər azı 30 ölkə bu qruplaşmanın kibercinayətlərindən əziyyət çəkib.

“Karbanak” üzvləri ən böyük qəniməti internet ödəmə sistemlərindən birinə nəzarət etməklə qazanıblar.

Dünya ölkələri kibercinayətkarlığa qarşı mübarizədə ciddi addımlar atırlar. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ötən həftə kibercinayətkarlığa qarşı mübarizə məqsədilə yeni kibertəhlükəsizlik agentliyinin yaradılmasına sərəncam verdi.

Mənbə
Euronews

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR