İcra hakimiyyəti başçısının müavini cinayəti etiraf edir?

Beyleqan İBBu gün müstəqil Azərbaycan mətbuatında abadlıq və quruculuq işləri adı altında dövlətin ayırdığı vəsaitin bəzi məmurlar tərəfindən talanması ilə bağlı yazılar dərc olunur.
Bu yazılara cavab olaraq məmurlar jurnalistləri böhtançılıqda ittiham edirlər.
Bu günlərdə  İSPİK şirkətinin başçısı Qabil Mustafayev Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) müraciət edib.
Mustafayevin sözlərinə görə, ötən ilin fevral ayında Beyləqan RİH-nin başçısı Vaqif Abdullayev ona müraciət edib: “ Abdullayev Beyləqanda olanda stadionun bərpa işlərini bizə təklif elədi. 10556457_605101596274887_5025114444849982750_nBizim bu işlərdə təcrübəmiz olduğu üçün onun təklifini qəbul elədik. 2014-cü ilin aprel ayında bərpa işlərinə başladıq”.
Müxbirimizin “ Sizinlə icra hakimiyyəti arasında müqavilə hansı məbləğdə bağlanıb ?” sualına şirkətin başçısı belə cavab verdi: “ Bizim aramızda heç bir müqavilə bağlanmayıb. Biz icra başçısına 895 min manatlıq smeta təklif elədik, o da razılaşdı. Və heç bir sənədi imzalamadan söz verdi ki, smetada göstərilən məbləği verəcək. İşə 2014-ün aprelində başladıq və iyun ayında işi yekunlaşdırmalı idik”.
Şirkət sahibinin sözlərinə görə, icra başçısı öz vədinə əməl etməyib: “ Biz üzərimizə götürdüyümüz bütün işləri vaxtında gördük, amma icra başçısı sözünə əməl etmədi. Bizə vəd verdiyi 895 min manatın əvəzində 632 min manat pul verdi. Biz işə onlarla fəhlə cəlb eləmişdik. Vaqif Abdullayevin hərəkətlərinə görə, fəhlələrin əmək haqqını verə bilmirik”.IMG_0280
Qafqaznews.org Qabil Mustafayevin dediklərini dəqiqləşdirmək üçün stadionun bərpasında çalışmış şirkətin fəhlələri ilə əlaqə saxladı.
Şirkət rəhbərinin dediklərini qaynaqçı İşid Nəbiyev, rəngsazlar Alim Həsənli, Tacəddin Bayramov, briqadir Raul Məmmədov təsdiq elədilər.
Qabil Mustafayevin dediyinə görə, icra başçısı müqavilə olmadan onların gördüyü bərpa işlərinə görə yarım milyon manatdan çox pul ödəyib. Məsələyə aydınlıq gətirmək üçün Beyləqan RİH başçısının müavini Məmməd Qələndərova müraciət elədik. O, qafqaznews.org-a bildirdi ki: “ İSPİK şirkəti həqiqətən də Beyləqan şəhərindəki stadionun bərpa işlərini görüb. Bu işlərə görə icra hakimiyyəti 600 min manata yaxın pul xərcləyib.

img1301258 Və bu pulu icra hakimiyyəti daxili hesablardan toplayıb”. Qələndərovun sözlərinə görə, icra hakimiyyəti şirkətin bütün pulunu verib. Müxbirimizin “Stadionun bərpası üçün icra hakimiyyəti ilə şirkət arasında müqavilə bağlanmışdımı?” sualına Qələndərov belə cavab verib: “ Yox, biz İSPİK şirkəti ilə heç bir müqavilə bağlamamışıq, işlər belə demək mümkündürsə, tanışlıq əsasında görülüb”. Bütün bunlarla bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu öz münasibətini qafqaznews.org-a belə bildirdi: “ Beyləqan icra hakimiyyətinin şirkətlə müqavilə bağlamadan bərpa işlərinə pul ayırması cinayətdir”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

1919652_611170005668046_8519460044346632064_n DSC_1387

DSC_1391 DSC_1400

 

 

 

 

 

DSC_1417

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR