İndoneziyada 7,1 bal gücündə zəlzələ

8790ebd2c3228c751a080fb593782416İndoneziyanın Şərqi Nusa-Tenqara əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin Flores bölgəsindən 104 km şərqdə qeydə alınıb.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın  Milli Meteorologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR