İnhisarçılara qarşı tədbir görülür..?

1421137069_bonaquaMarja agentliyi bildirir ki, “Azərbaycan Coca-Cola Bottlers” MMC öz məhsullarının qiymətini qaldırıb. Məlumata görə, 0,5 l-lik “Bonaqua”-nın qiyməti 20 qəpikdən 25 qəpik olub.
Bundan başqa şirkətin digər məhsulları da bahalaşıb.
İqtisadiyyat və sənaye nazirliyinin məlumatına görə, 26 fevralda Vest Produkt Marketinq MMC-yə qarşı süni bahalaşdırma və antiinhisar şərtlərini pozduğuna görə cinayət işi qaldırılıb. (Trend).
ANS PRESS-in məlumatına görə, manatın devalvasiyasına görə, bəzi işbazlar bəzi zəruri ərzaqların qiymətini qaldırıblar.
İqtisadi inkişaf nazirliyi süni qiymət artımı ilə mübarizə aparır.
Əsasən siqaretin, qəndin, şəkər tozunun, çayın, uşaq qidalarının qiymətində artım hiss olunur. Misal üçün, kilosu 2, 7 manat olan toyuq əti bəzi supermarketlərdə 3, 9 manat olub.
Bazarlarda kartofun qiyməti 70 qəpikdən 1 manata qalxıb, əvvəl 40 qəpiyə satılan soğan indi 90 qəpikdir.
Dərman vasitələrində də qiymət artımı hiss olunur.
Dövlət orqanları unun və çörəyin qiymətini saxlaya biliblər. (haqqin.az). sabit_449
Tanınmış iqtisadçı Sabit Bağırov qafqaznews.org-a bildirib ki, hakimiyyət orqanları tərəfindən biznesə edilən inzibati təzyiq yolverilməzdir: “ Azərbaycanda sahibkarlıq bazaq mexanizmləri ilə tənzimlənməlidir. Bəzi məhsulların, enerjinin, nəqliyyatın qiymətini tənzimləyən Tarif Şurası var, ərzaq ora daxil deyil”. скачанные файлы (1)

İstehlakçıların hüquqlarını müdafiə cəmiyyətinin sədri Eyyub Hüseynov isə qafqaznews.org-a bildiirb ki: “ Marketlərə cərimə tətbiq eləmək qanuna ziddir. Əgər sahibkarlar məmurları məhkəməyə versələr yəqin prosesi udarlar, əlbəttə əgər hakimlər müstəqil olsalar”.
Eyyub Hüseynov onu da bildirdi ki, prezident qiymətləri artırmayın deyəndə monopolostləri nəzərdə tuturdu, xırda sahibkarları deyil: “ Məndə olan məlumata görə, indi bazarda 35 faizə nəzarət edən inhisarçılara qarşı tədbir görülür”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR