İŞİD 2 dövlətin arasını vurdu

81889Qətər ilə Misir arasında diplomatik böhran yaranıb

Qətər ilə Misir arasında diplomatik böhran yaranıb. Belə ki, Qahirənin Liviyada İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına hava zərbələri endirməsi bu ölkənin etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, bunun praktiki nümunəsi kimi Qətər Misirdəki səfirini “məsləhətləşmələrə görə” geri çağırıb.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, rəsmi Doha Qahirədə Ərəb Liqasının görüşündə Misirin digər ərəb dövlətləri ilə məsləhətləşmədən Liviyaya hava zərbələri endirməsindən narazılığını ifadə edib.

Misirin Liqadakı təmsilçisi Tariq Adel isə Qatarı terrorçuluğu dəstəkləməkdə günahlandırıb.

Xatırladaq ki, iki gün əvvəl Misirin F-16 qırıcıları Liviyanın Derna şəhərində yaraqlıların bazalarını bombalayıb. Ondan əvvəl isə İŞİD 21 misirli xristianın başının kəsilməsini göstərən video yayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR