İŞİD-dən şok xəbərdarlıq

80258Terrorçular bütün dünyada yaşayan xristianları öldürməklə hədələdi

İŞİD terrorçu qruplaşması bütün dünyada yaşayan xristianları hədələyib.ANS PRESS-in məlumatına görə, bu barədə terrorçular rəsmi internet saytlarında “Xristianlara qanla yazılmış müraciət” adlı videoçarx yerləşdiriblər.Videoda qara rəngli paltarda olan adamlar dəniz qırağı ilə 20-ə yaxın girov aparırlar. Ehtimal edilir ki, terrorçular Liviya ərazisində, Tripolidə Aralıq dənizi sahillərində irəliləyirlər.

Xəbərdə bildirilir ki, İŞİD-çilər əlində olan girovlar Misirdə kilsənin nümayəndələridir. Videoda terrorçu bildirir ki, onlar Liviyada geniş ərazilər ələ keçiriblər.

İŞİD-çi çıxışında onu da bildirir ki, dənizin o biri tərəfində yaşayan xristianları da məhv edəcəklər. Bundan sonra terrorçular girov götürdükləri xristianların başlarını kəsiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR